Riberi Çempionlar Liqasının finalında da oynamayacaq
28.04.2010 - 17:41
Almaniyanın “Bavariya” klubunun futbolçusu Frank Riberi Çempionlar Liqasının finalında oynamayacaq. Lent.az-ın məlumatına görə, bu gün UEFA-nın İntizam Komitəsi Fransa “Lion”u ilə ilk yarımfinal matçında meydançadan qovulan fransalı yarımmüdafiəçini 3 oyunluq cəzalandırıb.
Riberi artıq “Lion”la cavab görüşünü buraxıb. Lakin İntizam Komitəsi onun oyun yol verdiyi qayda pozuntusunu kifayət qədər ciddi sayıb. Buna görə də 27 yaşlı futbolçunun daha 2 matçda iştirakına qadağa qoyulub. Bunlardan biri də mayın 22-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək Çempionlar Liqasının final matçıdır. Münhen klubu UEFA-nın qərarından 3 gün ərzində apellyasiya verə bilər.
“Bavariya”nın həlledici görüşdə rəqibi bu gün “Barselona” (İspaniya) – “İnter” (İtaliya) matçından sonra məlum olacaq.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0