“Altılıq” sistemi dəyişmədi - YENİLƏNİB
29.04.2010 - 12:51
“Altılıq” sistemi dəyişmədi - YENİLƏNİB
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında təşkil olunan yığıncağın gündəliyində duran əsas məsələ Unibank Premyer Liqasının yeni formatının müzakirəsi olub.

Bundan sonra lisenziyalaşdırma prosesi ilə tanış olan İK üzvləri digər məsələlərə də baxıb. AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı olmadan başlayan yığıncağa komitə üzvləri Kazbek Tuayev və Mahir Məmmədov qatılmayıb. Assosiasiya rəhbərinin təxminən saat yarım gec qatıldığı tədbir media işçiləri üçün bağlı qapılar arxasında keçirilib.

Toplantını ilk tərk edənlərdən olan Mirkamil Rəhimov apasport.az saytının müxbirinə bildirib ki, iclasda çempionatın formatı ilə bağlı hər hansı qərar çıxarılmayıb və mövsümün sonunda bu məsələyə yenidən baxılacaq. İK üzvləri digər məsələlərlə bağlı bir sıra qərarlar qəbul edib.

Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Premyer Liqanın formatı cari mövsümün sonunda müzakirə edilsin
2. AFFA-nın U-14 liqası yaradılsın
3. 2010-cu il mayın 1-dən Silviya (Sissi) Rayt qızlardan ibarət U-15 (gələcək U-17) yığma komandanın baş məşqçisi vəzifəsinə təyin olunsun.
4. 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsi yaradılsın. Komitənin rəhbəri baş katib Elxan Məmmədov təyin olunsun.
İcraiyyə Komitəsinin üzvləri Lisenziyalaşdırma prosesi ilə tanış olublar.
Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinə oyunsonrası mətbuat konfranslarında hakimlik barədə fikir bildirməmək tövsiyə olunub.