Çempionlar Liqasının finalından sonra yeni rekord müəyyənləşəcək
29.04.2010 - 09:35
Çempionlar Liqasının finalı daha bir baş məşqçinin rekorda imza atması ilə əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, bu, İtaliyanın “İnter” klubunun finala vəsiqə qazanmasından sonra rəsmiləşib.
Həlledici görüşün iştirakçısı olacaq apenninlilərlə Almaniya “Bavariya”sının qarşılaşmasında qalib məşqçi turnirin tarixində üçüncü mütəxəssis kimi düşəcək. Söhbət bir baş məşqçinin iki klubla qitənin ən nüfuzlu klub turnirini qazanmasından gedir.
Almanların çalışdırıcısı Lui van Qal 1995-ci ildə Hollandiyanın “Ayaks”, onun “İnter”dəki həmkarı Joze Maurinyo isə 2004-cü ildə Portuqaliyanın “Porto” komandası ilə Çempionlar Liqasının qalibi olub. 1956-cı ildən keçirilən və 1992-ci ilədək Çempionlar Kuboku adını daşıyan yarışın 54 illik tarixində yalnız iki mütəxəssis iki klubu uğura daşımışdı.
Mayın 22-də İspaniyanın paytaxtı Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək finalda ya van Qal, ya da Maurinyo həmin iki mütəxəssisə çatacaq. İlk uğurlarını vətənlərində qazanan bu məşqçilərə qədər avstriyalı Ernst Happel və Ottmar Hitsfeld buna nail olmuşdu. Onlardan biri hər iki uğuru yad ölkələrdə qazanıbsa, almaniyalı hər iki dəfə həmyerlilərini sevindirib. Bu dəfəki rekordçu isə bir dəfə öz ölkəsində, bir dəfə isə xaricdə sevinmiş olacaq.
İki komanda ilə Çempionlar Liqasını (1992-ci ilədək Çempionlar kuboku) qazanan baş məşqçilər
1. Ernst Happel
1970 – “Feyenoord” (Hollandiya)
1983 – “Hamburq” (Almaniya)
2. Ottmar Hitsfeld
1997 – “Borussiya” (Dortmund, Almaniya)
2001 – “Bavariya” (Almaniya)

0
0