“Bakı” yenə darmadağın oldu
29.04.2010 - 10:03
Astana şəhərində keçirilən “Qazaxıstan Prezidentinin Kuboku Uğrunda” beynəlxalq turnirində III tura start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Bakı” klubunun 17 yaşadək futbolçuları Rusiya MOİK-i ilə qarşılaşıb.
Turnirə darmadağınla başlayan bakılılar bu dəfə də meydanı başıaşağı tərk ediblər – 0:4. Elə ilk hissədə 3 qol vuran Moskva təmsilçisi ikinci hissədə gücünə qənaət edərək, 1 dəfə fərqlənib. Bu məğlubiyyətdən sonra qrupda sonuncu yeri tutan təmsilçimiz turnirdəki sonuncu oyununu digər qrupun autsayderinə qarşı keçirəcək. Həmin görüşdə VII və sonuncu yerin sahibləri müəyyənləşəcək.
Xatırladaq ki, “Bakı” ilk oyunda Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasına 0:10, ikinci turda Türkiyənin “Qalatasaray” klubunun 15 yaşadək futbolçularına 2:3 hesabı ilə uduzmuşdular.

0
0