Stiv Maklaren Vaqif Cavadova güvənməyəcək
29.04.2010 - 10:09
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu uzun fasilədən sonra tam heyətlə məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, zədəli Şeyx Tiotenin sıraya dönməsindən sonra komandanın baş məşqçisi Stiv Maklaren itkilərdən şikayətlənə bilməz.
Ölkə çempionatının sonuncu turu ərəfəsində buna sevinən enshedelilər mayın 2-də “Breda” ilə görüşdə çempionluğa qovuşacaqlarına ümid edirlər. Lakin qələbə qazanmaqla, bu titula sahib olacaq “Tvente” çətin ki, səfər qarşılaşmasında Vaqifə şans versin. Hər halda, holland həmkarlarımız hələ də əsas heyətdə debüt etməyən Cavadovu son turda da meydana çıxmağa layiq bilmir: “Tiotenin qayıdışından sonra Maklarenin əlinin altında tam heyət var. Çünki zədədən qayıdan Nəşət Əkrəm və Vaqif Cavadov da hazırlıqlara qatılır. Lakin həlledici qarşılaşmada Maklaren bu cütlüyə güvənə bilməz”.
Qeyd edək ki, “Breda” – “Tvente” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

0
0