Rəşad Sadiqov “Anderlext”lə oyunu xatırladı
29.04.2010 - 10:42
“Yığma komandanın həkimləri zədəmlə üç gün məşğul oldular. Dizimdəki zədəmdə yaxşılığa doğru dəyişikliklər var. Ağrılar yavaş-yavaş azalır. İnşallah, 3 həftədən sonra məşqlərə başlaya biləcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Milli komandamızın da şərəfini qoruyan 27 yaşlı futbolçu bildirib ki, zədə onu həvəsdən salmayıb. O, zədədən sonra əvvəlkindən daha yaxşı oynayacağını söyləməklə yanaşı, məsələ ilə bağlı misal da çəkib: “Əlbəttə, zədələnmək heç də yaxşı deyil. Amma biz peşəkarıq və hər şeyə dözməliyik. Mən bir müddət öncə də zədələnmişdim. Həmin vaxt "Neftçi"də çıxış edirdim. Zədədən qayıdandan sonra Bakıda ağır oyuna çıxdım. "Anderlext"ə qarşı pis oynamadım. İnşallah, həyatımda həmin ssenari yenə təkrarlanacaq”.
Qeyd edək ki, "Qarabağ" Sadiqovla yeni 2 illik müqavilə imzalayıb.

0
0