Avstriya - Azərbaycan matçının vaxtı bəlli oldu
29.04.2010 - 11:21
Avstriya  - Azərbaycan matçının vaxtı bəlli oldu
Azərbaycan milli komandasının Avstriya ilə oyununun vaxtı dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma bu il oktyabrın 8-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu yığmamızın seçmə mərhələdə ikinci oyunu olacaq. Avstriya səfərinədək millimiz sentyabrın 7-də Almaniyanın qonağı olacaq.