Bernd Ştorkun Berti Foqtsla görüşməsini istəmirlər
29.04.2010 - 11:26
2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Qazaxıstan yığması baş məşqçisini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Bernd Ştork seçmə oyunlarının startınadək istefaya göndərilmək təhlükəsi ilə üzləşib.
Qazaxıstanlı həmkarlarımızın iddiasına əsasən, futbol federasiyasında məsələ ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Belə ki, qurum rəhbərliyində yer alan şəxslərin bir qismi Ştorkun qalmasına çalısa da, digər qruplaşma almaniyalı baş məşqçinin “torbasını tikir”. Artıq onun yerinə namizədlərin siyahısı da müəyyənləşib. Onlar arasında Qazaxıstan “Lokomotiv”inə rəhbərlik edən almaniyalı Holqer Fa və gənclər yığmasının məşqçisi Pavel Rodnyonok da var. Ştorkun Azərbaycan milli komandasındakı həmkarı Berti Foqtsla qarşılaşıb-qarşılaşmayacağına qruplaşmaların mübarizəsinin nəticəsindən asılı olacaq.
Qeyd edək ki, yığmamız qazaxıstanlılarla gələn il qarşılaşacaq. İyunun 3-də rəqib meydanına çıxacaq futbolçularımız sentyabrın 6-da Ştork və ya xələfinin komandasını qəbul edəcək.

0
0