Maurinyo: Bu, həyatımın ən gözəl məğlubiyyəti idi
29.04.2010 - 12:42
Maurinyo: Bu, həyatımın ən gözəl məğlubiyyəti idi
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo İspaniya “Barselona”sı üzərində qələbə ilə bağlı açıqlama verib. Lent.az-ın “eurosport.ru”ya istinadən verdiyi məlumata görə, Maurinyo bunun onun həyatında “ən gözəl məğlubiyyət” olduğunu bildirib.

Xatırladaq ki, aprelin 28-də İspaniyada keçirilən oyun 1:0 hesabı ilə “Barselona”nın xeyrinə bitib. Amma kataloniyalılar iki oyunun nəticəsinə görə növbəti mərhələyə keçə bilməyiblər. Birinci oyun 3:1 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.

Mourinyo komandasının oyunçularının qəhrəman olduqlarını vurğulayıb: “Onlar meydanda özlərinə qurban verirdilər. Mən hər bir oyunçuya təşəkkür etmək istəyirəm”.