Zaur Məmmədov: Pokora gedəcək, baş məşqçi postuna isə Hacıyevski namizəddir
29.04.2010 - 12:48
Zaur Məmmədov: Pokora gedəcək, baş məşqçi postuna isə Hacıyevski namizəddir
“Yeni mövsümlə bağlı planlarımıza hələ konkret aydınlıq gəlməyib. Bunun üçün Qyoko Hacıyevskinin Azərbaycana qayıtmasını gözləyirik. O gələndən sonra bütün məsələləri müzakirə edəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Məmmədov klubun icraçı-direktoru Qyoko Hacıyevskinin iş başında deyil, Azərbaycandan kənarda olmasının səbəblərini belə izah edib: “Hacıyevskinin səfəri öz işləri ilə bağlıdır. O, əvvəlki iş yeri ilə bağlı məsələləri qaydasına salmalı, sabiq komandasını təhvil verməlidir. Bundan başqa, makedoniyalı həm də klubumuzun seleksiya işlərini də yerinə yetirməkdədir”.

Klub rəhbəri həmçinin bildirib ki, Hacıyevski komandanın baş məşqçisi postuna əsas namizəddir: “Hacıyevskinin qayıdışından sonra onunla danışıb, baş məşqçi məsələsi ilə bağlı məsləhətləşib qərar verəcəyik. Onun komandamızın yeni baş məşqçisi olması daha çox seleksiya işlərini necə aparmasından asılıdır. Roman Pokoraya gəlincə, onun gedəcəyi dəqiqdir. Mayda müqaviləsi bitir”.