Azərbaycan futbol yığmasının yeni baş məşqçisi bəlli oldu - FOTO
29.04.2010 - 12:57
Azərbaycan futbol yığmasının yeni baş məşqçisi bəlli oldu - FOTO
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında almaniyalı Sissi Rayt U-17-nin baş məşqçisi təyin olunub. O, 2012-ci ildə Azərbaycanda keçiriləcək mundialın final mərhələsinə birbaşa vəsiqə qazanan millimizə rəhbərlik edəcək.

Qeyd edək ki, Almaniya milli komandasının sabiq futbolçusu olan Rayt məşhur “Bavariya” klubunda məşqçi kimi çalışıb.