AFFA-nın baş katibi üçün yeni vəzifə
29.04.2010 - 13:01
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin Təşkilat Komitəsi yaradılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında komitənin yaradılmasına qərar verilib. Komitə üzvləri yeni yaradılan və iki il fəaliyyət göstərəcək quruma rəhbərliyi AFFA-nın baş katibi Elxan Məmmədova tapşırıb. 20-yə yaxın üzvü olan komitəni formalaşdırmaq da onun özünə tapşırılıb.
0
0