İcraiyyə Komitəsi hakimlərin müdafiəsinə qalxdı
29.04.2010 - 13:05
İcraiyyə Komitəsi hakimlərin müdafiəsinə qalxdı
AFFA-nın İcraiyyə Komitəsinin (İK) bu gün keçirilən iclasında Unibank Premyer Liqası ilə bağlı bir qərar qəbul olunub. Apasport.az saytının məlumatına görə, bu qanun deyil, tövsiyə xarakteri daşıyan qərardır.

İK klubların baş məşqçilərinə oyun sonrası mətbuat konfranslarında hakimlik haqda danışmasının əleyhinə çıxıb. Bu məqsədlə klublara tövsiyə olunub ki, hakimlərin ədalətsizliklərindən və səhvlərindən mətbuat konfranslarında danışmasınlar. İradlarını başqa yollarla, məsələn, bəyanat şəklində bildirsinlər.