AFFA yeni çempionat keçirəcək
29.04.2010 - 13:11
AFFA yeni çempionat keçirəcək
Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında daha bir ölkə çempionatının təşkil edilməsinə qarar verilib. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündən etibarən U-14 liqası da keçiriləcək. Turnir üçün sponsorların cəlb olunması yönündə işlərin görülməsi də qərara alınıb. Bundan asılı olaraq, yarışın adının dəyişdirilməsi də istisna deyil.

Qeyd edək ki. Hazırda AFFA “Azercell U-17 liqa”, “Kapital Bank U-15 liqa” və U-13 liqasını keçirir.