“İnter”in baş məşqçisi azarkeşlərə barmaq göstərdi - FOTO
29.04.2010 - 13:21
“İnter”in baş məşqçisi azarkeşlərə barmaq göstərdi - FOTO
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo növbəti qalmaqalın iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyunundan sonra ispaniyalıların qapıçısı Viktor Valdes onu döyməyə cəhd edib. Buna portuqaliyalı mütəxəssisin “Nou Kamp” stadionuna toplaşan azarkeşlərə barmaq göstərməsi səbəb olub. Bundan qəzəblənən Valdes Maurinyonun barmağını sındırmaq həvəsinə düşüb. Lakin oyunun hakimləri portuqaliyalını qapıçının əlindən qurtara bilib.

Qeyd edək ki, İtaliyada keçirilən ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən “İnter” səfərdə 1:0 hesabı ilə uduzsa da kubokun son sahibini mükafatla vidalaşmağa məcbur edib.