“O vaxtkı “Xəzər-Lənkəran” indikindən heç də zəif deyildi”
30.04.2010 - 16:05
“Futbolçu və məşqçiləri keçmiş komandası ilə görüşməsi normal şeydir. Əvvəllər futbolçu, indi isə baş məşqçi kimi “Neftçi” – “Xəzər-Lənkəran” derbisində iştirak edirəm. Keçmiş komandamla görüşə prinsipial yanaşmıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
“Neftçi” ilə “Xəzər-Lənkəran” arasında 2004-cü ildə dekabrın 8-də keçirilmiş ilk oyunda forma geyinən Əsədov həmin vaxt cənub təmsilçisinin kapitanı olub. Gənc çalışdırıcı həmin “Xəzər-Lənkəran”la indikini belə müqayisə edib: “Deməzdim ki, indiki komanda biz oynadığımızdan daha güclüdür. Həmin vaxt “Xəzər-Lənkəran” heyətinə görə indikindən heç də zəif deyildi. Hazırda rəhbərliyim altında oynayan futbolçulardan Rəşad Abdullayev və Samir Əliyevlə birgə “Xəzər-Lənkəran”ın şərəfini qoruyurduq. Məşhur türkiyəli hücumçu Oktay Dərəlioğlu da komanda yoldaşımız idi. Yadımdadır, 1:1 hesabı ilə nəticələnən həmin oyunda “Neftçi”yə qolu Oktay vurmuşdu. Sadəcə, indi maddi, legioner baxımından dəyişiklər olub. Yəni, 2004-cü ildə ölkəmizə legionerlər yeni gəlirdisə, indi onların sayı xeyli çoxalıb, futbolumuz daha da inkişaf edib”.
Əsədov “Neftçi”nin “Xəzər-Lənkəran”la görüşünün başqa komandalarla müqayisədə daha maraq kəsb etməsinin, ajiotaj doğurmasını da izah edib: “Bu, ilk növbədə komandalar arasında prinsipiallıqdan irəli gəlir. Özü də bu, həm də azarkeşlər arasındadır. Yəni, prinsipiallıq meydanda kənarda davam edir və bu, mübarizəyə yaxşı mənada əlavə rəng qatır. Başqa komandalarla derbi oyunlarda belə azarkeş ajiotajı yoxdur. Hətta keçmiş komandalarına qarşı oynayan “Neftçi” və “Xəzər-Lənkəran”ın futbolçuları özlərini meydanda peşəkar aparır. Məncə, azarkeşlər də belə etsə, hər şey qaydasında olar”.
40 yaşlı çalışdırıcı vaxtilə “Neftçi” və milli komandada sabahkı rəqibi Ağasəlim Mircavadovun rəhbərliyi altında oynayıb: “Ağasəlim müəllimə hamımızın böyük hörməti var. Bizim kimi gənc məşqçilər Mircavadov kimi güclü mütəxəssisdən çox şey öyrənməlidir. Təcrübəli həmkarım üzərində qələbə mənim üçün yalnız idman mübarizəsi baxımından önəmlidir”.
Baş məşqçi cari mövsümdə “Neftçi” - “Xəzər-Lənkəran” oyunlarının qolsuz heç-heçə nəticələnməsini təsadüfi saymır: “Hər iki komanda oyuna ehtiyatla yanaşaraq, risk etmək, öz aralarındakı görüşdə açıq futbola üstünlük vermək istəmir. Bununla belə, Lənkərandakı oyunda maraqlı mübarizə, gözəl futbol olmuşdu. Məncə, yenə açıq futbol olmayacaq, risk edilməyəcək. Ancaq nəhayət, qol vurulacağına ümid edirəm. Bu, elə derbidir ki, futbolçuları kökləməyə ehtiyac yoxdur. Biz məsuliyyəti yaxşı başa düşürük, oyuna qələbə qazanmaq üçün çıxacağıq. Əgər futbolçularımız verdiyimiz tapşırıqları yerinə yetirərsə, istədiyimiz nəticəyə nail olacağıq”.

0
0