Mahir Şükürov 45 dəqiqə oynadı, “Anji” xal itirdi – YENİLƏNİB
30.04.2010 - 18:52
Mahir Şükürov 45 dəqiqə oynadı, “Anji” xal itirdi – YENİLƏNİB
Bu gün Rusiya Premyer Liqasında VIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış oyununda milli komandamızın futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu çətin günlərini yaşayan autsayder “Krılya Sovetov”u qəbul edib.

Şükürov Bakı vaxtı ilə saat 18:00-da başlayan qarşılaşmanın ilk dəqiqələrindən meydanda olub. Baş məşqçi Hacı Hacıyev bu dəfə də ona yarımmüdafiənin sağ cinahında yer verib. Yeni klubunda daha çox evdə meydana çıxan həmyerlimiz Mahaçqala şəhərindəki “Dinamo” stadionda 3-cü oyununu keçirib.


“Anji” – “Krılya Sovetov” – 0:0

Azarkeşlər ötən turun “Rostov”la oyununda olduğu kimi, yenə “Anji”ni fitə basmağa başlayıb. Bu dəfə onlar Mahir və komandasının erkən qol vurmasını tələb edirlər.

Oyunun ilk dəqiqələrindən “vur-qabağa” prinsipi ilə oynayan qonaqların qapısına həmlələr əsasən sol cinahdan təşkil olunur. Mahir yalnız matçın 14-cü dəqiqəsində ilk cinah asmasını cərimə meydanına göndərir. Lakin “Krılya Sovetov” futbolçuları yavaş-yavaş fəallaşmağa başlayır.

20-ci dəqiqədə “Anji”nin hesabı açmasına qapı tiri mane oldu. Sorayevin uzaqdan zərbəsi qapıçı üçün də dəf edilməz idi.

Ötən turla müqayisədə o qədər də fəal görünməyən Mahir 31-ci dəqiqədə yenidən diqqət mərkəzinə düşür. Onun yerlə cərimə meydanına göndərdiyi topa 3 komanda yoldaşından heç biri çata bilmir. Matçın əvvəlindən səhvsiz oynayan samaralılar bu dəfə də meydan sahiblərinə sevinməyə imkan vermir.

36-cı dəqiqədə Şükürov yenidən təhlükəli epizodun iştirakçısı oldu. Lakin onun Ağalarova ötürməsinin qarşısını hücumçunun ayaqları altına atılan qapıçı zərərsizləşdirdi.

"Anji" - "Krılya Sovetov" - 4:2. Qapıya zərbələrdə Mahirin komandası hələlik irəlidəddir.

Fasilədən sonra Şükürov meydana çıxmayıb. O, Xocava ilə əvəzlnib.

İkinci hissədə oyunun sürəti kifayət qədər artıb. Gah bu, gah digər komanda rəqib qapısına təhlükəli həmlələr edir. Mahiri əvəzləyən Xocava həddən-artıq fəallıq göstərməklə, həmyerlimizi start heyətdən sıxışdırmaq iddiasında olduğunu göstərir.