“Neftçi”nin hücumçuları “Xəzər-Lənkəran”la görüşdə oynamayacaqlar
30.04.2010 - 16:21
“Neftçi” klubunun iki hücumçusu “Xəzər-Lənkəran”la oyunda iştirak etməyəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, Unibank Premyer Liqasında XXX turunda prinsipial rəqiblə görüş öncəsi Samir Əliyev və Valter Quqlemonda zədə var: “Samir köhnə zədəsini təzələyib. Bu, ona “Xəzər-Lənkəran”la görüşdə meydana çıxmağa imkan verməyəcək. Valter Quqlemonun isə bir müddət istirahətə ehtiyac var. Onun qasıq nahiyəsində zədə olduğundan həkimlər oynamamağını məsləhət bilir”.
0
0