Mario Souza: “Neftçi” ilə oyun çempionatın taleyini həll edə bilər
30.04.2010 - 16:30
“Neftçi” - “Xəzər-Lənkəran” matçının vacibliyi haqda danışmağa ehtiyac yoxdur. Bu görüşün əhəmiyyəti haqda nəsə söyləmək də mənasızdır. Onsuz da bu qarşılaşmanın nə demək olduğunu hamı bilir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Mario Souza deyib.
33 yaşlı braziliyalı hücumçu Unibank Premyer Liqasının XXX turunun “Neftçi” ilə oyununda qələbə qazanmaq iddiasında olduqlarını bildirib. Mario ilk dəfə Azərbaycan çempionu olmaq arzusundadır: “Neftçi” ilə oyunumuzun derbi, “klassiko” olması öz yerində, bu qarşılaşma çempionatın da taleyini həll edə bilər. Qalib gəlməklə, çempionluğa doğru böyük ölçüdə addım atmış olacağıq. Bakıdakı oyunda məqsədimiz də elə budur”.
Qeyd edək ki, 2008-ci ilin yanvarında “Xəzər-Lənkəran”la “Birlik kuboku” və ölkə kubokunu qazansa da, Mario hələ Azərbaycan çempionu titulunu əldə etməyib.

0
0