Azərbaycan futbolçuları FİFA-nın turnirinə dəvət olundu
30.04.2010 - 16:41
Azərbaycan Qırğızıstanda keçirilən beynəlxalq futbol turnirində təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizə dəvət göndərən Qırğızıstan Futbol Federasiyası (QFF) 1998-ci il təvəllüdlü futbolçular arasından yarışı bərpa edir.
Bu haqda QFF-nin yarışlar şöbəsinin rəisi Dastan Konokbayevin açıqlama verib. O bildirib ki, avqustun 4-dən 10-dək Karakol şəhərində keçiriləcək turnirə Orta Asiya təmsilçiləri – Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qazaxıstanla yanaşı, Azərbaycan da dəvət olunub.
Əvvəllər hər il təşkil olunan turnir FİFA bayrağı altında keçirilir.

0
0