Cambazov: Azərbaycanda ən yaxşı komanda “Xəzər-Lənkəran”dır
30.04.2010 - 19:33
Cambazov: Azərbaycanda ən yaxşı komanda “Xəzər-Lənkəran”dır
“Neftçi” - “Xəzər-Lənkəran” görüşü Azərbaycanda ən maraqlı derbi oyundur. Komandamı sabahkı oyunda daha şanslı sayıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Kostadin Cambazov deyib.

Cari mövsümün ilk dövrəsində ailə problemləri ilə əlaqədar vətəninə dönən bolqar müdafiəçi bununla da “Neftçi” ilə derbi oyunlarda iştirakını davam etdirməkdən məhrum olub. Bununla belə, müqavilə ilə məxsus olduğu “Xəzər-Lənkəran”ın çıxışını internet vasitəsilə izləyən Cambazov sabahkı prinsipial görüşlə bağlı proqnoz verib: “Azərbaycanda yaxşı komandalar çoxdur. “Neftçi”, “Bakı”, “İnter”, “Qarabağ” yaxşı, maraqlı futbol nümayiş etdirirlər. Ancaq Azərbaycanda ən yaxşı komanda “Xəzər-Lənkəran”ı sayıram. Hesab edirəm ki, sabah səfərdə oynasaq belə, “Neftçi”yə qalib gələcəyik. Çünki biz daha güclüyük. “Xəzər-Lənkəran”ın çempion, kuboku qazanmaq üçün çox yaxşı şansı var. İnanıram ki, bu, reallaşacaq. Mən komandamdan kənarda qalsam da, bunu istəyirəm”.