Dieqo Souza: Bu dəfə haqq-ədalət yerini tapacaq
30.04.2010 - 23:01
Dieqo Souza: Bu dəfə haqq-ədalət yerini tapacaq
“Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Dieqo Souza “Neftçi” ilə Lənkərandakı oyunu unuda bilmir. Bu barədə apasport.az saytına verdiyi açıqlamada braziliyalı futbolçu bildirib ki, final mərhələsinin I dövrəsində üzləşdikləri xal itkisinin əvəzini çıxmaq istəyirlər.

Dieqo Unibank Premyer Liqasının bu gün keçiriləcək XXX turunda flaqmanı məğlub etməklə çempionluğa doğru irəliləmək arzusundadır: “Neftçi” ilə qarşılaşma bizim üçün çox vacibdir. Cari mövsüm artıq 3 dəfə qarşılaşsaq da, qapılara qol vurulmayıb. Ancaq Lənkərandakı oyunda bəzi amillər qələbəmizə imkan vermədi. Ümid edirəm ki, bu oyunda haqq-ədalət öz yerini tapacaq”.

Qeyd edək ki, “Neftçi” və “Xəzər-Lənkəran”ın cari mövsüm baş tutan hər üç oyunu 0:0 hesabı ilə bitib.