Maurinyoya eşq elan etdilər - FOTOSESSİYA
30.04.2010 - 23:08
Maurinyoya eşq elan etdilər - FOTOSESSİYA
Çempionlar Liqasında uğurlu çıxışı İtaliyanın “İnter” klubunun azarkeşlərinin ağlını başından çıxarıb. Apasport.az saytının məlumatına görə, nailiyyətlərdən başı gicəllənənlər əsasən zərif cins nümayəndələridir.

Belə ki, qələbələri ard-arda düzməsi “İnter”in baş məşqçisi Joze Maurinyonun pərəstişkarlarının da növbəyə düzülməsinə səbəb olub. Söhbət xanım azarkeşdən gedir. “Barselona” ilə oyunlar zamanı belələrinin sırasına daha biri də əlavə olunub.

Bu dəfə portuqaliyalı mütəxəssisə eşq elan edən gözəlçə Maurinyonun qızı yaşındadır. 24 yaşlı italiyalı model Melita Toniola 47 yaşlı məşqçinin sevgilisi olmaq arzusu ilə alışıb yanır. Çılğın mütəxəssisin buna necə reaksiya verəcəyini gözləməyən Melita Joze naminə hər şeyə hazır olduğunu da gizlətmir.

İtaliya telekanalları ilə sıx əməkdaşlıq edən fotomodel Maurinyonu yaşlı “rəqib”lərinin əlindən qoparmaq fikrindədir.