“Barselona” David Vilyanı alır
30.04.2010 - 21:19
“Barselona” David Vilyanı alır
İspaniya milli komandasının futbolçusu David Vilya yeni mövsümdən “Barselona”nın şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, “Marka” qəzeti hücumçunun çıxış etdiyi “Valensiya” ilə Kataloniya təmsilçisinin artıq razılığa gəldiyini iddia edir.

Həmkarlarımızın fikrincə, “Barselona” rəhbərliyi 1 ildir “elçi” düşdüyü Vilyanı 40 milyon avroya alır. Barter yolu ilə Aleksandr Qleb və Boyan Krkiçin “Vlensiya”ya verilməsi də istisna olunmur. Klubun prezidenti Xuan Laporta Davidin keçidini dünya çempionatının startınadək rəsmiləşdirmək niyyətindədir. Çünki mundialdan sonra Vilyanın qiymətinin fantastik həddə çatacağından qorxur. Bu həm də iyunun 13-də keçiriləcək klubun prezident seçkilərinədək Laportaya əlavə bonus qazandırmış olacaq.

Qeyd edək ki, Avro-2008-in ən yaxşı bombardiri kimi tarixə düşən Vilya İspaniya yığmasında 36 qol vurub. Bu göstəricidə o, yalnız əfsanəvi Rauldan geri qalır. Lakin 29 yaşlı hücumçunun 8 qolu vurub, həmyerlisinə çatacağı real görünür.