“Seçim qarşısında qalsaq, çempionluq daha önəmlidir”
01.05.2010 - 00:02
Ağasəlim Mircavadovun dönüşündən sonra öz oyununu tapan və mövsümü “qızıl dubl”la qapamaq niyyətində olan “Xəzər-Lənkəran” ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Olimpik-Şüvəlan”la heç-heçə etməklə məqsədinə doğru növbəti addımı atmış oldu. İndi Cənub təmsilçisini həftəsonu “Neftçi” ilə gərgin oyun gözləyir. “Olimpik-Şüvəlan”la qarşılaşmanı tribunadan izləyən Devran Ayhanla söhbət zamanı kubok və qarşıdakı görüşləri dəyərləndirdik.
- Bu oyunda niyə iştirak etmədin?
- Ötən turda “İnter”lə keçirdiyimiz oyunun son dəqiqəsində rəqib futbolçu ayağıma zərbə endirdi. Bundan sonra ayağımda ağrılar hiss etməyə başladım. Bununla bağlı baş məşqçi Ağasəlim Mircavadovla söhbət etdim. O da yarımfinalın ilk oyununda dincəlməyimi məsləhət gördü. İnşallah, qarşıdakı oyunlarda komandama kömək edəcəyəm.
- Zədən ciddidirmi?
- Elə də ciddi deyil. Sadəcə, “Olimpik-Şüvəlan”la oyunda riskə getmək istəmədik. Bildiyiniz kimi, həftəsonu Premyer Liqada çətin oyunumuz var. “Neftçi” ilə qarşılaşacağıq. Çempionluq yolunda bu görüşün nəticəsi böyük əhəmiyyətə malikdir.
- Bəs klubun həkimi nə dedi?
- Həkim yüngül ağrıların olacağını və bunun bir neçə gün davam edəcəyini bildirdi. Ancaq zədəmin ciddi olmadığını söylədi.
- Meydanda olmadığına görə təəssüflənirsənmi?
- Təbii ki, “Xəzər-Lənkəran”ın oyunçusu kimi tək bu görüşdə deyil, bütün görüşlərdə komandama kömək etmək istəyirəm. Meydana çıxmadığıma görə təəssüflənirəm. Ancaq fasilə zamanı paltardəyişmə otağına yollandım və uşaqlara dəstək olduğumu bildirdim. Əsas kimin oynaması deyil, komandanın yaxşı nəticə qazanmasıdır. Biz də oynamadığımız vaxtlarda kənardan onları həvəsləndirməyə çalışırıq. Məqsədimiz ölkə kubokunda finala yüksəlməkdir.
- Oyun barədə nə deyə bilərsən?
- Birinci hissə tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Bunun nəticəsində fasiləyə hesabda irəli yollandıq. Düzdür, rəqibin də qol vurmaq üçün imkanları oldu. Fasilədən sonra bir qədər rahat oynamağa və çox güc sərf etməməyə başladıq. Nəticədə görüş heç-heçə başa çatdı. Biz həm çempionluğu, həm də kuboku qazanmağı hədəfləmişik. Yeri gəlmişkən, “Xəzər-Lənkəran”ın oyunçuları süni örtükdə oynamağa öyrəşməyib. Bizdən fərqli olaraq, rəqib ev oyunlarını “Şəfa”da keçirir. Bununla belə, biz üstün oyun nümayiş etdirdik.
- “Xəzər-Lənkəran” hansı komponentlərdə rəqibindən üstün idi?
- Təkbətək epizodlarda bizim futbolçular daha güclüdürlər. Eyni zamanda qapıya zərbələrin sayına görə də üstünlük tərəfimizdədir.
- Kənardan komanda necə təsir bağışlayır?
- Hər oyuna fərqli taktika ilə çıxırıq. Kubok oyunları ev və səfər qarşılaşmalarından ibarətdir. Səfər görüşündə bir qədər ehtiyatlı davrandıq. Baş məşqçi qol buraxmamağı və rəqibi cəzalandırmağı tapşırmışdı. Təəssüf ki, rəqib standart vəziyyətdən qapımıza yol tapdı. Əlbəttə, komandanı kənardan izləmək çox çətindir. Ancaq qarşıda çempionat və kubok oyunları var. İnşallah, bu qarşılaşmalarda meydana çıxarıq.
- Həftəsonu “Neftçi” ilə çətin oyun var. Bu görüşün çempionatda xüsusi çəkisinin olduğunu bilirsən. Oyunöncəsi düşüncələrini bilmək maraqlı olardı.
- Əgər doğma meydanda “İnter”i məğlub etsəydik, oyuna rahat çıxa bilərdik. Həm də birinci “altılıq”da zəif komanda yoxdur. “Neftçi”nin güclü klub olduğunu və çempionluq uğrunda mübarizə apardığını bilirik. Bu oyunda mütləq qələbə qazanmaq üçün “vuruşacağıq”.
- “Neftçi” ilə “Xəzər-Lənkəran” arasında keçirilən oyunlar həmişə gərgin atmosferdə baş tutub. Növbəti görüşöncəsi buna hazırsınızmı?
- Artıq ikinci mövsümdür ki, “Xəzər-Lənkəran”ın formasını geyinirəm. Komandamla çempionluq sevinci yaşamaq istəyirəm. Buna yaxınlaşdığımızı düşünürəm. Son iki oyuna rahat çıxmaq üçün “Neftçi” ilə oyunda mütləq 3 xal qazanmalıyıq. Bunun üçün əlimizdən gələni etməliyik.
- Son oyunda “İnter”lə qarşılaşdınız və 1 xal qazandınız...
- Həmin oyunun birinci hissəsində çox yaxşı oynadıq. Rəqib qapısından ən az 3 top keçirməli idik. Fasilədən sonra üstünlük tərəfimizdə olsa da, rəqib qol vurdu. Bundan sonra stress yaşadıq. Hər halda, sona yaxın hesabı bərabərləşdirərək liderliyimizi qoruduq.
- “Xəzər-Lənkəran” Premyer Liqada ən yaxşı hücumçulara malik komandalardandır. Bəs niyə qol vurmaqda çətinlik çəkirsiniz?
- Bunu şanssızlıqla əlaqələndirərdim. Vurduğumuz hər top qol olsaydı, “İnter”i böyük hesabla məğlub edərdik. Onların qapıçısı da çox yaxşı oynadı. Hər şeyə rəğmən, rəqibin bizi keçməsinə imkan vermədik.
- Necə düşünürsən, həftəsonu lider dəyişə bilərmi?
- Bu gün “Qəbələ”nin elə bir ciddi iddiası yoxdur. Onların çempionluq şansı olmasa belə, çıxıb meydanda əzmlə mübarizə aparır. Hər futbolçunun öz nüfuzu, qüruru var. Hamı bir-birini yenməyə çalışır. Oyunun çətin keçəcəyini bilirik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq.
- “Xəzər-Lənkəran”ın çempion olmaq şansını necə dəyərləndirirsən?
- Ən yaxın izləyicimiz olan “İnter”lə 1, “Bakı” ilə isə 2 xal fərqimiz var. Digər komandalarla müqayisədə, bizim şansımızın çox olduğunu düşünürəm. Əsas rəqiblərimiz “İnter” və “Bakı”dır. Qarşıdakı 3 oyunda 7 xal toplayan komandanın çempion olacağını düşünürəm.
- Bu da faktdır ki, komandanız sabit çıxış etmir. Bunun səbəbi nə ilə bağlıdır?
- Doğma meydanda daha yaxşı oynayır, səfər oyunlarında çox büdrəyirik. Qeyri-sabit oyun və nəticə digər komandalarda da müşahidə edilir. Fikir verin, birinci “altılıq”da ardıcıl 2-3 qələbə qazanan komanda yoxdur. Ya heç-heçə, ya məğlubiyyət, ya da qələbə qeydə alınır.
- Lənkəranda yaxşı oynamağınızda azarkeş amilinin rolu varmı?
- Əlbəttə, bunun təsiri var. Ancaq artıq sabit çıxış etməliyik. Sona yaxınlaşdığımızdan, xal itirmək olmaz. Həm evdə, həm də səfərdə qələbə qazanmalıyıq. Komandamla birgə çempion olmaq istəyirəm. Bu şansı əldən vermək olmaz. Düzdür, çempionluqla yanaşı, kuboku da qazanmaq əla olardı. Ancaq seçim qarşısında qalsaq, qızıl medallar daha önəmlidir.
- Müqavilən nə vaxt bitəcək?
- Mövsümün sonunda anlaşmamın müddəti başa çatır.
- Başqa klublardan təklif varmı?
- Hələlik heç bir klubdan təklif yoxdur. İndi ancaq komandamın uğurları haqqında düşünürəm. Çempionat başa çatdıqdan sonra rəhbərliklə yenidən bir masa arxasına əyləşəcəyik.
- “Xəzər-Lənkəran”ın şərtləri səni qane edirmi?
- Bəli, klubun prezidenti Mais Mənsimova təşəkkürümü bildirirəm. Bir ailə kimiyik. Heç bir çətinlik çəkmirəm.
- Sən Rasim Karanın vaxtında transfer olundun. Həmin vaxt komanda yalnız oyundan oyuna Lənkərana gedirdi. İndi vəziyyət fərqlidir. Lənkərana öyrəşə bilmisənmi?
- Təbii ki, Lənkərana alışmaq asan olmadı. Futbolçular bu məsələdə çətinlik çəkirlər. Bu mövsüm çempionluq uğrunda yarışdığımızdan bütün çətinliklərə dözdük. Mövsümün sonunda bu durumu yaşamaq istəməyən komandadan ayrılacaq.
- Sən necə, hazırkı vəziyyətdən məmnunsanmı?
- İndi bununla bağlı danışmaq istəmirəm. Mövsüm bitdikdən sonra rəhbərliklə görüşəcəyik. Müqavilənin müddətini uzadarkən, bununla bağlı danışacağıq.
- Ümumiyyətlə, “Xəzər-Lənkəran”da qalmaq fikrin varmı?
- Təbii, klub məsləhət bilsə, qalacam.
- Ailən Azərbaycandadırmı?
- Xeyr, onlar Türkiyədə yaşayırlar. Tez-tez mənə baş çəkməyə gəlirlər.
- Bəs tək darıxmırsan?
- Darıxmağa vaxtımız olmur. Hər gün məşq, oyunlar və s. Yalnız qalmırıq. Bakıda ev tutmuşam. Amma burda çox az qalırıq - həftədə 1-2 gün.
- Komandanızda legionerlərin sayı kifayət qədərdir. Ünsiyyət qurmaq baxımından problem varmı?
- Əksəriyyəti ingilis dilini bilir. Mən də bu dildə başa düşdüyümdən, bir-birimizi anlayırıq.
- Azərbaycandakı həyatından razısanmı?
- Heç bir problemim yoxdur. Əgər hansısa çətinliklə üzləşsəydim, dərhal Türkiyəyə dönərdim. Buradakı həyatımdan çox razıyam.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0