“Real” Dudeklə yeni müqavilə bağlayır
30.04.2010 - 22:26
“Real” rəhbərliyi komandanın əvəzedici qapıçısı İrji Dudekə yeni anlaşma təklif etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, 37 yaşlı polşalı qolkiper cari mövsümün sonunda karyerasını bitirmək niyyətində olsa da, fikrindən daşınıb. Əsas heyət uğrunda komandanın əsas qapıçısı İker Kasilyasla rəqabətdə uduzmasına baxmayaraq, Dudek yeni müqavilə imzalamağa razılıq verib.
“Real”a 2007-ci ildə “Liverpul”dan transfer olunan qapıçı bu mövsüm İspaniya kubokunda 2 oyunda komandasına kömək edib. Ümumiyyətlə, Dudek Madrid klubunda çıxış etdiyi üç il ərzində Primeroda 1, İspaniya kubokunda 8, Çempionlar Liqasında isə 2 qarşılaşmada forma geyinib.

0
0