Finala yaraşmayan vaxt
30.04.2010 - 23:12
Finala yaraşmayan vaxt
Türkiyə Futbol Federasiyası (TFF) mayın 5-də Şanlıurfanın “GAP Arena” stadionunda baş tutacaq ölkə kubokunun final qarşılaşmasının vaxtını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “Fənərbaxça” ilə “Trabzonsor” arasında oynanılacaq qarşılaşma yerli vaxtla 15:45-də start götürəcək. Superliqanın mərkəzi qarşılaşmalarının başlama vaxtının 19:00 olduğunu nəzərə alsaq, bu vaxtın finala yaraşmadığını görərik.

Qeyd edək ki, “Fənərbaxça” ilə “Trabzonspor” kubokun 48 illik tarixi ərzində kubokun finalında ilk dəfə üz-üzə gələcəklər. Buna qədər “bordo-mavililər” 7, “sarı-lacivərdlilər” isə 4 dəfə Türkiyə kubokunu başları üzərinə qaldırıblar.