“Türkiyə futbolunun 20 ilə qət etdiyi yolu, Azərbaycan 5 ilə qət edə bilər”
30.04.2010 - 23:23
“Azərbaycan futbolunun hazırkı vəziyyəti Türkiyə futbolunun 80-90-cı illərini xatırladır. Ancaq bizdən fərqli, Azərbaycanda futbol daha sürətli inkişaf edir”. Bu sözləri “Bakı” klubunun məşqçisi Yüksəl Kepoğlu deyib.
Paytaxt klubunun uşaq futboluna rəhbərlik edən türkiyəli mütəxəssis Bülənt Qorxmazın gedişindən sonra əsas komandada köməkçi məşqçi funksiyasını yerinə yetirir. Türkiyənin TRT3 telekanalının suallarını cavablandıran Kepoğlu maraqlı açıqlamaları ilə diqqət çəkib: “Azərbaycan futbolun inkişafı üçün ölkə prezidenti dövlət proqramı təsdiqləyib. Bizdən fərqli, Azərbaycanda infrastruktur qurmaq üçün boş ərazilər var. Maddi baxımdan da demək olar ki, heç bir problem yoxdur. Ona görə də Türkiyə futbolunun 20 ilə qət etdiyi yolu Azərbaycan 5 ilə qət edə bilər. Mənim bura gəlişimin də əsas məqsədi uşaq futbolunun inkişafına töhfə verməkdir. Türkiyədə əldə etdiyimiz təcrübəni azərbaycanlı uşaqlara öyrədirik”.

0
0