Maksim Medvedev: Biz klubun düşərgəsində az məşq edirik
01.05.2010 - 10:18
“Avropa Liqasının oyunlarından sonra istirahət etməmişik. Gah milli komandanın, gah da klubun toplanışlarına qatılmışıq. Deyərdim ki, müəyyən yorğunluq yaranıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.
Komandasının ilk “altılıq”dakı uğursuz çıxışını şərh edən Medvedev bunu 9 futbolçunun yığmaya çağırılması ilə əlaqələndirib: “9 futbolçumuz milli komandanın üzvüdür. Son toplanışda Rəşad Sadiqovla Vüqar Nadirov zədə səbəbindən iştirak edə bilmədilər. Eyni zamanda, onlar "Qarabağ"ın heyətində də oynamadılar. Fikrimcə, klubda bir yerdə az olmağımız mənfi təsir göstərir. Klubun düşərgəsində az məşq edirik. Bu, bizə ancaq fiziki formamızı saxlamaq üçün yetir. Bir gün orda, bir gün burda olmağımız oyun üslubumuzun itməsi ilə nəticələnib. Heyətimiz cavandır. "Qarabağ"ın yarımmüdafiə və hücum xətti tamamilə gənc futbolçulardan təşkil olunub”.
Futbolçu artıq itiriləsi bir şeylərinin olmadığını bildirib: "Altılığ"a ikinci pillədə başlamışdıq. Təəssüf ki, hazırda istədiyimiz pillədə deyilik. Çempionluq şansımız demək olar ki, qalmayıb. Bu mənada, itiriləsi heç bir şeyimiz yoxdur. Biz qarşıdakı oyunların hamısına qələbə qazanmaq üçün çıxmalıyıq. Rəhbərlik bununla bağlı bizimlə görüş keçirib. Vəziyyətin necə olacağı onlar üçün də maraqlıdır. Lakin həmişə olduğu kimi, yenə də bizə inanırlar".

0
0