Mübariz Mənsimovun adından istifadə edirlər
01.05.2010 - 10:30
Mübariz Mənsimovun adından istifadə edirlər
“Komandamızla bağlı ilginc transfer iddiaları ortaya atılır. Ancaq bunlar nə “Palmalı” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova, nə də mənə aiddir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Beşiktaş” klubunun vitse-prezidenti Ələddin Aykaç deyib.

“Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimovun prezidenti olduğu “Palmali” Şirkətlər Qrupunun nümayəndəsi Aykaç cari mövsümdə “Beşiktaş”ın rəhbərliyində yer alıb. İstanbul təmsilçisinin yeni mövsümdə ulduz transferləri sponsorların vasitəçiliyi ilə etməsi böyük müzakirələrə səbəb olub və bu sponsorlardan birinin “Palmali” olması gözlənilir. Ancaq Kevin Kuranyı və Rikardo Kuarejma kimi ulduzlarla maraqlanan “Beşiktaş”a Aykacdan xoş olmayan xəbər gəlib: “Mənsimov klubun işlərinə qarışmır. Keçmişdə “Beşiktaş”a maddi və mənəvi dəstək versə də, bunları reklam üçün etmədi. Bizim adımızdan istifadə edilir”.

Aykaç sonda bildirib ki, “Beşiktaş”ın transfer problemi yoxdur.