Türk məşqçi “Xəzər-Lənkəran”, “İnter” və “Bakı”nın şanslarını bərabər sayır
01.05.2010 - 10:44
Türk məşqçi “Xəzər-Lənkəran”, “İnter” və “Bakı”nın şanslarını bərabər sayır
“Qəbələ” güclü komandadır. Ev oyunlarında yaxşı çıxış edirlər. Bununla belə, “Qəbələ”ni mütləq məğlub etməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Türkiyəli çalışdırıcı Unibank Premyer Liqasının XXX turunda “Qəbələ” ilə səfər oyun öncəsi klubunun rəsmi saytına açıqlamasında qələbəyə inandığını bildirib: “Çempionluq üçün mütləq qələbə qazanmalıyıq. İlk üç pillədə qərarlaşan komandaların çempion olmaq üçün bərabər şansları var. Çalışacağıq ki, bu matçdan sərfəli nəticə əldə etməklə bu şansları qoruyaq”.

Qeyd edək ki, 3-cü yerdə gedən “Bakı”nı turnir cədvəlində “Xəzər-Lənkəran” və “İnter” qabaqlayır.