“Bakı”da ad günü - FOTO
01.05.2010 - 11:05
“Bakı”da ad günü - FOTO
“Bakı” klubunun moldovalı futbolçusu Vyaçeslav Sofroni “Qəbələ” ilə görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXX turunda səfər oyun öncəsi hücumçunun 26 yaşı tamam olub. Bu münasibətlə elə Qəbələdə təbrikləri alan Sofroninin şərəfinə şirin stol düzəldilib və süfrəyə tort gətirilib. Vyaçeslavı təbrik edən komanda üzvləri ona gələcək oyunlarda uğurlar arzulayıb, çempion olmaq yolunda daha əzmlə çalışmağı arzu edib. Səbəbkar isə ad gününü “Qəbələ” ilə oyunda fərqlənməklə qeyd etmək niyyətində olduğunu gizlətməyib.

Qeyd edək ki, klubun türkiyəli baş koordinatoru Akif Özakyol da Sofroni ilə eyni gündə ad gününü qeyd edib.

Mənbə: Fcbaku.az