“Köln” klubunun sabiq baş məşqçisi Bakıya gəlib
03.05.2010 - 12:55
Bu gün Bakıda UEFA-nın A kateqoriyalı lisenziya kursları başlayıb. Apasport.az saytının məlumatına görə, kurslara alman mütəxəssislər Erix Rutemöller və Rayner Kraft rəhbərlik edir.
65 yaşlı Rutemöller UEFA-nın məşqçi təlimatçısıdır. Zəngin karyerası olan mütəxəssis “Köln”, “Hanza” klublarının, Almaniyanın 20 yaşlılardan ibarət yığmasının baş məşqçisi olub. Almaniyanın əsas yığmasında 10 il (1994-2004) baş məşqçi köməkçisi işləyən Rutemöller Berti Foqtsun yardımçısı işləyib.
Son iki ildə İranda çalışan alman əvvəlcə milli komandada, sonra isə “İstiqlal” klubunda Kraftla birgə baş məşqçi köməkçisi işləyib. Onun məşqçilik karyerası anadan olduğu Ştutqart şəhərinin eyniadlı komandasına daha çox bağlı olub. Belə ki, Kraft “Ştutqart”da əvvəlcə fiziki hazırlıq üzrə məşqçi, sonra baş məşqçi köməkçisi kimi çalışıb.

0
0