“Möcüzə”də möcüzə: Futbolçular meydandan qaçdı
03.05.2010 - 13:35
“Möcüzə”də möcüzə: Futbolçular meydandan qaçdı
Zimbabve çempionatının aşağı dəstəsində mübarizə aparan “Hippo Valley” və “Mutare Farm Sapplay” klublarının oyunu yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna arılar mane olub.

Belə ki, oyunun 23-cü dəqiqəsində stadiona arı sürüsü hücum çəkib. Canlarının hayına qalan futbolçuların hərəsi bir yana qaçıb. Hakimin özü də matçı dayandırmaq məcburiyyətində qalıb. O, 45 dəqiqə gözlədikdən sonra arıların dağılışmadığını görüb, matçın təxirə salınmasına qərar verib.

Qeyd edək ki, “Çişamiso” stadionunu daşıyan arenanın adı yerli dildən tərcümədə “möcüzə” mənasını verir.