Emin Quliyev “Karvan”ın məşqlərinə qatılmır
04.05.2010 - 13:52
I diviziona düşməsi rəsmiləşən “Karvan” klubu məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, Yevlax təmsilçisi “Standard”la oyunun hazırlığına Bakıda başlayıb.
Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında bildirib ki, Azərbaycan yığmasının sabiq üzvü Emin Quliyev hazırlığa qatılmır: “Bütün futbolçular hazırlığa cəlb olunublar. Təkcə, Emin Quliyev məşqlərə gəlmir. Ayağında zədəsi var. Sizcə, zədəli-zədəli necə məşq edə bilər? Müalicəsi ilə məşğuldur. İnanıram ki, ən qısa zamanda yaxşılaşacaq”.
Emin Quliyevdən başqa, hücumçu Xaqani Məmmədov da zədəlidir. 34 yaşlı futbolçu qabırğasındakı ağrılardan əziyyət çəkir. Amma onun qarşıdakı turu buraxmaq təhlükəsi, demək olar ki, yoxdur.

0
0