Aslan Kərimov: Mən meydana oynamağa yox, döyüşməyə çıxıram
04.05.2010 - 14:15
“Qarabağ” klubunun futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi
- Unibank Premyer Liqasının XXX turunda “İnter”ə 1:0 hesabı ilə qalib gəldiyiniz oyunun son dəqiqələrində zədələndiniz. İndi vəziyyətiniz necədir?
- Həmin oyun çox gərgin keçdi. Fikrimcə, azarkeşlər maraqlı futbola tamaşa etdilər. Bir qol vuran komanda qələbə qazanacaqdı. Sevinirik ki, biz qol vurduq. Oyunun sonlarında zədələndim. Qüvvətli zərbə ilə topu cərimə meydançamızdan uzaqlaşdıranda hiss etdim ki, ayaq bağım zədələndi. İndi də ağrılar var.
- Quzanlıda “Xəzər-Lənkəran”a qarşı keçiriləcək oyunda meydana çıxa biləcəksiniz?
- Məşqə çıxanda müəyyən ağrılar olur. Amma həkimlər məni oyuna hazırlamağa çalışırlar. Əlbəttə, çətin görüşdə komandamın yanında olmaq istəyirəm. Oynamamaq ehtimalım var. Hələ görüşə bir neçə gün qalıb. Dəqiq bir şey söyləməyə çətinlik çəkirəm.
- Demək olarmı ki, “Qarabağ” “İnter”i məğlub etməklə, avrokuboklara düşmək vəzifəsinin öhdəsindən böyük ölçüdə gəldi?
- Düzdür, biz ən yaxın izləyicimiz olan "Neftçi"ni iki xal qabaqlayırıq. Buna rəğmən, hələ də Avropaya gedəcəyimizi söyləmək olmaz. Çünki bizi "Xəzər-Lənkəran"la çox çətin matç gözləyir. "Neftçi" isə səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Fikrimcə, bu görüşlərdən sonra konkret nəsə demək mümkündür.
- “Xəzər-Lənkəran”la oyunlarınız həmişə gərgin alınıb. Sizcə, bu dəfə Quzanlıda - doğma azarkeşlər önündə oynamaq sizə əlavə üstünlük verəcəkmi?
- Futbolda azarkeş amili böyük üstünlükdür. Əslində, əsl mübariz komanda buna bel bağlamamalıdır. Çünki meydançada 90 dəqiqə azarkeş deyil, futbolçu mübarizə aparır. Azarkeşlər sadəcə, futbolçunu qələbəyə ruhlandırırlar. Əlbəttə, "Xəzər-Lənkəra"na qarşı oynamaq həm çətindir, həm də xoşdur. Bu görüş üçün favorit göstərmək olmaz. Şanslar bərabərdir. Çıxıb futbol oynamaq, nəyə qadir olduğumuzu göstərməyin əsl vaxtıdır.
- “İnter”lə son matçda “Qarabağ” öz taktikasını ortaya qoydu. Amma bunun nəyisə dəyişəcəyi inandırıcı görünmür. Yəni, siz çempionatı medalsız başa vurmağa ən real namizədsiniz...
- Bizim nəzəri də olsa, çempionluğu bayram etmək şansımız var. Lakin bu istəyimiz gerçəkləşməyə də bilər. Bilirsiniz, medalın elə də ciddi əhəmiyyəti yoxdur. Əsas məqsəd avrokuboklara çıxmaqdır ki, bunu medal qazanmadan da etmək olar. Biz "Qarabağ"ın timsalında, Qarabağın yaşadığını hər kəsə, bütün Avropaya sübut etmək istəyirik. Ötən il olduğu kimi...
- Yəqin ki, medaldan heç bir komanda imtina etməz. Bəs, sizi bu vəziyyətə salan nə oldu?
- Vəziyyətimiz elə də pis deyil. Düzdür, biz Azərbaycan kubokunda mübarizəni dayandırmışıq. Bildiyiniz kimi, bizim heyət gənc futbolçulardan qurulub. Azərbaycan futbolunun gələcəyi üçün iş görürük. Yəqin ki, az istirahət etməyimiz də bizə müəyyən mənfi təsir göstərib. Ümumilikdə, hər şey normaldır. İrəli baxmaq lazımdır.
- Kapitan kimi, əvvəlki formasını bərpa edən Adamiya barəsində nə deyə bilərsiniz?
- Adamiya "Qarabağ"a gələndən bir qədər sonra zədələndi. İndi yavaş-yavaş əvvəlki günlərini xatırladır. Razıyam ki, son oyunlarda bizi xilas edir. Elə "İnter"in qapısına da gözəl qol vurdu. Adamiyanı alqışlayıram.
- “Qarabağ” futbolçuların çoxu ilə müqavilənin müddətini uzadıb. Bəs siz?
- 22-23 yaşım yoxdur ki, gedib başqa klubda oynayım. Əgər 37 yaşımda "Qarabağ"ı başqa kluba dəyişsəm, millət mənə nə deyər? "Qarabağ" karyeramda sonuncu klub olacaq. Hazırkı müqaviləm mövsümün sonuna qədər nəzərdə tutulub. Oyun qrafiki sıx olduğundan, hələ ki, yeni müqavilə barəsində fikir mübadiləsi aparmamışıq. Onsuz da rəhbərliyin sözünün qarşısında heç nə deməyəcəyəm. Bu, mənə yaraşmaz.
- Siz iki ildir son qərar verməyə tərəddüd edirsiniz. Gah karyeranızı bitirmək, gah da yeni müqavilə bağlamaq fikrinə düşürsünüz...
- Fikirləşirəm ki, hələ bir il oynaya bilərəm. Özümdə güc hiss edirəm, amma yaş öz sözün deyir. Artıq 20 ildir peşəkar futbolla məşğulam. Birdən-birə uzaqlaşmaq mənə ağırdır.
- Komanda üzvləri, baş məşqçi və ya rəhbərlik sizə bu barədə məsləhət vermirlər ki?
- Nə vaxt gedəcəyimi özüm müəyyənləşdirməliyəm. Fikrimcə, hələ kollektivdən geri qalmıram. Bəzən qocalanda komanda yoldaşların ötürmə vermir, baş məşqçi güvənmir. Özümə qarşı hələlik belə hərəkət görməmişəm.
- İdeal dayaq yarımmüdafiəçi rolunu oynaya bilirsinizmi?
- Ümumiyyətlə, Azərbaycanda belə futbolçu yoxdur. Mən meydana oynamaq üçün deyil, vuruşmaq üçün çıxıram. Fikrimcə, üzərimə düşən yükün altında qalmıram, əksinə onu qaldırıram.

0
0