Azərbaycan çempionunun 21 potensial rəqibi
04.05.2010 - 15:42
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq 34 komandadan 21-nin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun yarışa qatılacağı mərhələnin digər 11 iştirakçısının adına bu ay aydınlıq gələcək.
Ötən mövsümlə müqayisədə yarışın formatında ciddi dəyişiklik baş verməyib. İkinci təsnifat mərhələsində çıxış edəcək klublardan ikisi birinci təsnifat mərhələsinin qalibləri olacaqsa, 32 iştirakçı yarışa elə buradan başlayacaq. Bu 34 komanda reytinqlərinə əsasən, iki səbətə bölünəcək ki, nisbətən güclülər səpələnmişləri, aşağı reytinqə malik olanlar isə səpələnməmişləri təşkil edəcək. Azərbaycan çempionu böyük ehtimalla həmişə kimi, yenə ikincilərin sırasında olacaq. Lakin bu ənənənin qırılmaq variantı da istisna deyil. Hərçənd, bu inandırıcı sayılmır.
Səpələnmişlər siyahısında yer alan 17 komandadan 9-u artıq müəyyənləşib. Bu çempionumuzun potensial rəqibləridir. “Rusenborq” (Norveç), “Liteks” (Bolqarıstan), “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Şerif” (Moldova), “Omoniya” (Kipr), AİK (İsveç), “Bohemians” (İrlandiya), “Ekranas” (Litva) klubları ilə yanaşı, İsrail, Serbiya, Avstriya, Çexiya və Slovakiya çempionları da komandamızın potensial rəqibləri arasında olacaq.
Təmsilçimizlə yanaşı, Finlandiyanın HİK, Qazaxıstanın “Aktobe”, həmçinin Bosniya və Herseqovinanın, Polşanın və Macarıstanın çempionları hələ hansı səbətdə yer alacağını dəqiq bilmir.
Nisbətən zəiflərin siyahısında isə “Metallurq” (Latviya), “Levadiya” (Estoniya), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənistan), “Koper” (Sloveniya), “Renova” (Makedoniya), “Dinamo” (Albaniya), “Torshavn” (Farer adaları), TNS (Uels), “Linfild” (Şimali İrlandiya) klubları yer alıb. Gürcüstan və Lüksemburq birinciliyinin qalibləri də bu komandalar sırasında qərarlaşacaq. Hadisələrin uğurlu axarı nəticəsində Azərbaycan çempionunun rəqibləri bu zəiflər arasından çıxa bilər.

0
0