“Onlar uduzsalar da, heç kim oyun alqı-satqısı barədə danışmayacaq” - MÜSAHİBƏ
13.05.2010 - 12:11
“İnter” klubunun müdafiəçisi Samir Abasovun apasport.az saytına müsahibəsi
- Ötən tur lider olmaq şansını əldən verdiniz. Üstün oynadığınız matçda niyə qələbə qazana bilmədiniz?
- “Bakı”nı kubokun yarımfinal mərhələsinin ilk oyununda udmuşduq. Ancaq həm cavab, həm də çempionat görüşündə bu uğuru təkrarlaya bilmədik. “Bakı” zəif rəqib deyil. Həqiqətən də meydana ancaq 3 xal üçün çıxmışdıq. Heç-heçə də bizi qane etmirdi. Oyunun sonlarına yaxın qol vura bilmədikcə, gərginlik də artırdı.
- Komandanız son vaxtlar qeyri-sabit oyunu ilə diqqəti cəlb edib. Sizcə, bunun səbəbi nədir?
- Çempionatın əsas mərhələsini eyni templə keçirdik. Halbuki, birinci “altılığ”a düşməyəcək komandalarla görüşdə özümüzü yormaya bilərdik. Hazırkı rəqiblərimiz bu taktikadan istifadə etdikləri halda, biz tempi salmadıq. Həm də “altılıq” oyunları zamanı bəxtsizliklə üzləşdik. “Qəbələ” və “Qarabağ” oyunun sonlarına yaxın qapımıza yol tapdı. Lakin həmin görüşləri biz udmalı idik. Buna baxmayaraq, avrokuboklara vəsiqəni təmin etmişik.
- Artıq həftəsonu çempionat başa çatır. “İnter”in çempion olmaq şansını necə dəyərləndirirsiniz?
- Reallığı nəzərə alsaq, çempion olmağımız bizdən deyil, “Xəzər-Lənkəran”dan asılıdır. Biz qələbə qazanmaqla yanaşı, Lənkərandakı oyunun nəticəsini gözləyəcəyik. “Bakı”ya bələdik. Ciddi və güclü rəqibdir. Bu klubun rəhbərliyini də yaxşı tanıyırıq. Hansısa danışıqdan söhbət gedə bilməz. Çünki onlar kişi kimi mübarizə aparacaqlar. Uduzacaqları halda belə, oyun alqı-satqısı barədə heç kim nəsə deyə bilməyəcək.
- Mövsümün son oyununda komandanıza kömək edə bilməyəcəksiniz. Buna təəssüflənirsinizmi?
- Əlbəttə, təəssüflənirəm. Sarı vərəqə limitini doldurduğuma görə, meydana çıxa bilməyəcəyəm. Ancaq oynamayacağıma baxmayaraq, məşqlərimi davam etdirirəm. Hər gün komandanın düşərgəsində oluram. Baş məşqçi ilə də söhbətim olub. O da mütəmadi məşq etməyimi məsləhət görüb. Həm də yığmanın toplanışı olacaq və indidən ora hazırlaşmalıyam.
- Yayda avrokuboklarda mübarizə aparacağınız dəqiqləşib. Necə düşünürsünüz, “İnter” ötən ilki uğursuzluğu unutdura biləcəkmi?
- Çempion olmasaq, mövsümü komandamız üçün uğursuz sayacağam. Düzdür, avrokuboklara vəsiqə qazanmışıq. “Neftçi” kimi köklü klubun qitə miqyaslı yarışdan kənarda qalmasını nəzərə alsaq, nəticə pis deyil. Ancaq əsas mərhələni birinci pillədə başa vurduğumuz halda, indi ikinci pillədə qərarlaşmışıq. Bu baxımdan, uğursuz hesab edirəm. Suala gəldikdə, əgər çempion olmasaq, təbii ki, azarkeşlərimizi qitə miqyaslı oyunlarda sevindirməyə çalışacağıq. Bunu sözdə yox, yaşıl meydanda reallaşdıra bilməyimiz lazımdır.
- Mövsüm başa çatdıqdan sonra komandada qalacaqsınız, yoxsa başqa kluba keçəcəksiniz?
- Hələ dəqiq deyil. Bu haqda söhbət olmayıb. Sözün düzü, başqa klubdan da təklif yoxdur. İndi yalandan deyə bilmərəm ki “İnter”də qalacağam. Bəlkə sabah klub özü məndən imtina edəcək, onda sizə nə cavab verəcəyəm?
- Bəs yığmanın toplanışı barədə nə deyə bilərsiniz?
- Yığmada oynamaq şərəfdir. Toplanış xeyrimizə olacaq. Sonra da klublara hazır dönəcəyik. Heyətə yeni oyunçular da cəlb edilib. Gənc futbolçular da təcrübə toplayacaqlar. Onsuz da əksər futbolçularımızın beynəlxalq oyun təcrübəsi azdır. Həm də indidən Avropa çempionatının qrup oyunlarına hazırlaşmalıyıq.
- Toplanışdan sonra test-normativ götürüləcək. Buna hazırsınızmı?
- Bu ikinci normativ olacaq. Birinci dəfə də Almaniyada test-normativ götürülmüşdü. Mənim göstəricilərim yaxşı idi. Bu dəfə də özümü yaxşı tərəfdən göstərəcəyəm. Elə məşqlərə ara verməməyim də yığmaya hazır yollanmaq istəyimlə bağlıdır.

0
0