Dmitri Kruqlov “Neftçi” klubundan ayrıla bilər - MÜSAHİBƏ
14.05.2010 - 10:40
Bakının “Neftçi” klubunun estoniyalı futbolçusu Dmitri Kruqlov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytı həmin müsahibəni ixtisarla təqdim edir.
- Tez-tez müsahibə verirsən?
- Yox. Elə də tez-tez müsahibə vermirəm. Hətta xahiş olunanda da müsahibə vermək istəmirəm.
- Bəs estonca müsahibə verə bilərsən?
- Bəli. Estonca yaxşı danışıram. Düzdür, indi bir az unutmuşam. Çünki danışmaq praktikası azdır. Əvvəl çətin idi. İndi isə heç olmasa, Taavi Rahnla estonca ünsiyyət qururam. O, bu dili tam unutmağıma qoymur.
- Üçüncü ildir Azərbaycandasan. Vətənin üçün darıxırsan, yoxsa artıq öyrəşmisən?
- Əlbəttə, darıxıram. Ancaq indi əvvəlki kimi deyil. Artıq öyrəşmişəm.
- Niyə son vaxtlar Azərbaycana oynamağa bu qədər estoniyalı futbolçu gəlir? Onları cəlb edən nədir, Maddi amil?
- Hərənin öz tarixçəsi var. İki il yarım əvvəli praktiki olaraq elə də seçimim yox idi. Məni “Neftçi”yə Anatoli Demyanenko çağırdı. Bu, Azərbaycana gəlməyimlə bağlı qərarıma təsir edən əsas amildir. Üç aylıq icarədən sonra Demyanenko məni komandada saxlamaq istədiyini dedi. Razılaşdım. Mən bu insana imtina edə bilməzdim.
- “Neftçi” niyə son vaxtlar öz imkanlarından aşağı oynayır?
- Hesab edirəm ki, həm klubun rəhbərliyində, həm də məşqçilər korpusunda həddən artıq tez-tez dəyişiklik olur. Heç bir sabitlik yoxdur. Məşqlərin və rəhbərlərin çox tez dəyişməsi adətən yaxşılığa gətirib çıxarmır. Bu, komandaya təsir edir.
- Bir ölkədən olan futbolçulara yeni ab-havada uyğunlaşmaq asandır?
- Mən Azərbaycana il yarıma öyrəşdim. Yığmadakı komanda yoldaşlarımın gələn zaman onlara imkan daxilində Bakıya və “Neftçi”yə uyğunlaşmağa kömək etdim. Hər halda, yerlilərimdir.
- Azərbaycanda oynayan digər eston futbolçularla ünsiyyət qurusan?
- Bəli, də Tixon Şişovla. O, “Xəzər-Lənkəran”da oynayır. Heyf ki, onlar Bakıda məskunlaşmayıblar. Yoxsa tez-tez görüşərdik.
- İndi “Neftçi”də səninlə rusiyalı futbolsevərlərə yaxşı tanış olan Valeri Abramidze oynayır. “Spartak məktəbi” hiss olunur?
- Əlbəttə. Valeri təcrübəli müdafiəçi, ağıllı, sərt oyunçudur. Onunla oynamaq çox xoşdur.
- Azərbaycan çempionatının başa çatmasına bir tur qalmış bu mövsüm nə dərəcədə uğurla oynamısan?
- Komandamın oyunların 99 faizində meydana çıxmışam. Ancaq az qol vurmuşam - cəmi 2 top. Çünki əsasən müdafiədə oynayıram. Qorxulu heç nə yoxdur, bunu düzəldərik.
- Komanda yoldaşlarınla hansı dildə ünsiyyət qurursunuz? Rus, ingilis, yoxsa artıq azərbaycanca nəsə öyrənə bilmisən?
- Komanda yoldaşlarımla rusca danışıram. Əlbəttə, azərbaycanca hansısa sadə sözləri bilirəm, ancaq bundan artıq yox. Elə legionerlər var ki, onlarla ingilis dilində söhbətləşirəm.
- Böyük çempionatda qayıtmaq istəyirsən? Yenidən yüksək səviyyədə özündə güc hiss edirsən?
- Bəli, daha yüksək səviyyəyə qayıtmaq istəyirəm. Mənin 25 yaşım var. Necə deyərlər, bu, futbolçu üçün ən yaxşı yaşdır. Daha güclü komandada oynamağa özümdə güc hiss edirəm.
- Vaxtilə Moskva “Lokomotiv”də oynamısan. Yaxşı təklif olsa, Rusiyaya qayıtmağa hazırsan?
- Bəli, hazıram.
- Avropanın çempionatlarından hansı daha çox diqqətiniz cəlb edir? İtaliya, İspaniya, İngiltərə, yoxsa?
- İngiltərə. Mübarizənin gərginliyi, hər oyunda əzmkarlıq, fərqi yoxdur kimlər oynayır – birinci, yoxsa axırıncı yerdə gedən komandalar. Sürət yüksəkdir.
- Necə hesab edirsən, bu qədər oyunçuların indi xaricdə oynaması Estoniya futboluna xeyir verirmi? İndi yığmada yalnız legionerlər oynayır...
- Əlbəttə, fayda verir! Yığma güclənir. Oyunçular daha güclü çempionata getməklə, inkişaf edir, həm futbolçu, həm də şəxsiyyət kimi güclü olurlar. Bir də bu, gənc futbolçular üçün nümunədir. Bu, Estoniya futbolunu inkişaf etdirir və ölkəni şöhrətləndirir!
- Elə də çox qol vurmamısan, hamısını yadda saxlamısan? Bəs avtoqol etmisən?
- Qollarımın demək olar hamısını xatırlayıram. Ancaq avtoqollarım da olub.
- Niyə “Neftçi”də 16 nömrəni götürmüsən? Adətən bunu qapıçılar edir?
- Çünki “Levadiya”da bu nömrəli formada oynamışam.
- Bakıda boş vaxtını necə keçirirsən? Şəhər xoşuna gəlir? Oynadığın daha hansı şəhərləri bəyənmisən?
- Boş vaxtlarımı dostlarım, yerlilərimlə keçirirəm. Əlbəttə, daha çox Voskoboynikovla bir yerdə oluram. Biz onunla çoxdan dostuq. Bakı xoşuma gəlir. Baxmalı, gəzməli yerləri var. Azərbaycanda digər şəhərlər xoşuma gəlmir. Ancaq Rusiya və Avropada olduğum hər yer çox əladır!

0
0