Cəmşid Məhərrəmov: Yayılan xəbərlərin heç bir əsası yoxdur
14.05.2010 - 14:07
“Lənkərana qələbə dalınca gəlmişik. İnşallah, arzumuz ürəyimizdə qalmaz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov deyib.
Unibank Premyer Liqasının sonuncu turunun “Xəzər-Lənkəran”la sabah keçiriləcək qarşılaşması ərəfəsində iddialı olan arxa xətt oyunçusu səfərdən xalla dönmək haqda düşünür. Məhərrəmov ölkə kubokunun finalında da qarşılaşacaq rəqiblərin razılaşaraq çempionluqla kubokun bölüşdürəcəyi haqda xəbərlərin əsassız olduğunu düşünür: “Biz peşəkar futbolçularıq. Yayılan bu söz-söhbətin heç bir əsası yoxdur. Həm də, hələ nə “Qarabağ” “Neftçi”ni, nə də “İnter” “Qəbələ”ni məğlub edib. Öz oyunumuzu oynayıb, bizdən qələbə gözləyən rəhbərliyin etimadını doğrultmağa çalışacağıq. Elə digər görüşlərdə də hansısa alqı-satqıdan danışmaq olmaz”.
“Bakı”dakı şəraitdən razı olan Məhərrəmov başqa kluba keçmək haqqında fikirləşmədiyini deyib: “Yaxşı şərait yaradılıb. Klub gündən-günə inkişaf edir. Heç kim “Bakı”dan öz xoşu ilə getməz. Müqaviləmin başa çatmasına hələ 1 il var. Sevə-sevə “Bakı”ya xidmət etmək istəyirəm”.
Qeyd edək ki, sabah keçiriləcək “Xəzər-Lənkəran” – “Bakı” oyunu saat 17:15-də başlayacaq.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0