Vəli Qasımov het-trik etdi, “Neftçi” qələbəni əldən verdi
14.05.2010 - 15:34
Bu gün “Neftçi”nin veteran futbolçuları SSRİ yığmasından olan həmkarları ilə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, ən tanınmış futbolçularımızdan olan Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar “Şəfa” stadionunda keçirilən oyun 3:3 hesablı heç-heçə nəticələnib.
Fasiləyə 1:0 hesabı ilə irəlidə yollanan “Neftçi”dən hər üç qolu keçmiş futbolçusu, sonra isə idman direktoru olan Vəli Qasımov vurub. Onun vaxtilə Moskva “Dinamo”sunda hücumda bir yerdə oynadığı Sergey Kiryakov dubl edib. SSRİ yığmasından digər qolun müəllifi Arkadi Belıy olub.
Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenkonun da heyətində yer aldığı SSRİ yığması sabah səhər saatlarında ölkəmizi tərk edəcək.

0
0