Ağasəlim Mircavadov: Onlar Azərbaycan çempionatı ilə maraqlanmırlar
14.05.2010 - 23:08
“Allan Lalin dünya çempionatına aparmırlarsa, mən Honduras yığmasının baş məşqçisi ilə dava edəsi deyiləm ki? Lalini milli komandaya çağırmırlarsa, bu, onların problemidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan milli komandası ilə Avstriyada yoldaşlıq görüşü keçirəcək Honduras yığması dünya çempionatına 23 nəfərdən ibarət heyəti artıq açıqlayıb. Ancaq baş məşqçi Reynaldo Rueada bir ilə yaxındır “Xəzər-Lənkəran” oynayan honduraslı hücumçunu yığmaya qaytarmayıb. Mircavadov Lalinin qarşısında vəzifə kimi DÇ-2010-a getməyi qoysa da, hücumçu bunun öhdəsində gəlmədi: “Onu yığmaya çağırmadırlarsa, yəqin nəsə zəif oynayıb, onlar üçün hazır deyil. Onu bilirəm ki, Allan oyunlarını internetlə Hondurasa göndərir və orada baxırlar. Həqiqətən mən Lalinin qarşısında yığmasının dünya çempionatına gedən heyətinə düşməyi qoymuşdum. Açığı, onun yığmaya çağırılmamağı ilə maraqlanmamışam. Çünki indi bütün fikrim “Bakı” ilə oyunlara yönəlib. İnşallah, mövsüm bitəndən sonra Allanla söhbət edib, vətəninə yola salarıq. İndi ona istirahət lazımdır”.
Azərbaycanla Honduras arasında məsafənin uzaq olması, Lalinə dəvətin gəlməməyinə təsir göstərib. Hər halda, okeanın o tayındakılar üçün Azərbaycan çempionatı elə də maraqlı deyil. Elə Mircavadov da bununla razılaşır: “Ola bilər ki, Honduras bizdən uzaq olduğu üçün burda oynayanlara elə diqqət yetirmirlər. Sadəcə, Azərbaycan çempionatı ilə maraqlanmırlar, ona görə də çağırmırlar”.
Qeyd edək ki, keçən yay “Xəzər-Lənkəran”a gələn Lalin sonuncu dəfə iki il öncə yığmasına çağırılıb.

0
0