Respublika stadionunda yenidənqurma işləri
14.05.2010 - 23:13
Respublika stadionunda yenidənqurma işləri
Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma və təmir işləri aparılacaq. Bu barədə apasport.az saytına stadionun direktoru Akif İsmayılov məlumat verib. O, bildirib ki, yenidənqurma işlərinə ölkə kubokunun final oyunundan sonra başlanacaq: "Planda işlər çoxdur. Biz arenanın işıq sistemlərini dəyişmək istəyirik. Xarici şirkətlərlə müqavilələrimiz var. Odur ki, material baxımından problemimiz yoxdur. Təmir işlərinə kubok oyununda sonra başlayacağıq. Məncə, bu işlərdən sonra arenanın ümumi görünüşü daha da gözəlləşəcək”.

Qeyd edək ki, ötən il Respublika stadionunun qaçış cığırları və tablosu dəyişdirilib.