Hans Krankl: Azərbaycan yığması ilə oyunlarımız çətin olacaq
14.05.2010 - 23:38
“Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək hər iki görüş çətin olacaq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Avstriya yığmasının sabiq baş məşqçisi Hans Krankl deyib.
2006-cı il dünya çempionatının seçmə mərhələsində yığmamızla görüşdə avstriyalılara rəhbərlik etmiş 57 yaşlı çalışdırıcı milli komandamızın ünvanına xoş sözlər söyləyib: “2004-cü və 2005-ci ildə Azərbaycan yığması ilə keçirdiyimiz qarşılaşmaları yaxşı xatırlayıram. İlk görüşdə rəqibi meydana tanınmış Karlos Alberto Torres çıxarmışdı. Bildiyimə görə, indi vəziyyət tam fərqlidir. Çünki hazırda Azərbaycan milli komandasını daha təcrübəli, dünya və Avropa çempionu titullarının sahibi Berti Foqts çalışdırır. Son illər Azərbaycanda futbolun inkişafına xüsusi diqqət yetirilir. Bu ölkənin çempionatında bahalı futbolçular oynayır, yığmasında müsbət dəyişikliklər var. Əgər Avstriya Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirsə, Azərbaycanla oyunlarda diqqətli olmalıdır”.
Qeyd edək ki, Hans Kranklın dövründə avstriyalılar yığmamıza qalib gəliblər. 2004-cü il sentyabrın 8-də keçirilən qarşılaşmada 2:0 hesablı qələbə seviniblər. Növbəti il Bakıda baş tutan matçda isə qolsuz bərabərlik qeydə alınıb.
Mənbə: olimpiya.az

0
0