Ağasəlim Mircavadov istefaya getməyəcək!
15.05.2010 - 19:09
“Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov yerli azarkeşlərin Ağasəlim Mircavadovu istefaya səsləməsinə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, “Bakı” ilə oyundan sonra jurnalistlərə açıqlama verən Mənsimov bildirib ki, təcrübəli çalışdırıcılarına inanır: “Mircavadova güvənirik. Nə qədər ki, mən buradayam, Mircavadov istefaya göndərilməyəcək. Bizim bundan sonrakı məqsədimiz avrokuboklarda uğurla çıxış etməkdir”.
Bununla belə, Mənsimov etiraf edib ki, "Xəzər Lənkəran" bu mövsüm ən bərbad oyunlarından birini keçirib: "Bakı" isə layiqli qələbə qazandı".
Supertransferlə bağlı suala cavab olaraq Mübariz Mənsimov deyib ki, baş məşqçi Ağasəlim Mircavadov kimi istəsə, komandaya gətirəcək.
Mənsimov mayın 23-də keçiriləcək kubok oyununu stadiondan izləyəcəyini vurğulayıb: “Mən həmişə komandamın yanında olmuşam: udanda da, uduzanda da”.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0