“Xəzər-Lənkəran”ın üzərində təzyiq daha çox idi”
15.05.2010 - 19:32
“Son turda 4 komandanın çempionluq şansının olması gərgin mübarizədən xəbər verirdi. Bu zaman çempionluğa ən real namizəd olan “Xəzər-Lənkəran”ın üzərinə təzyiq bizdən daha çox idi. Bu, rəqibin ziyanına işləyə bilərdi və biz bundan istifadə etdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev “Xəzər-Lənkəran”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Lənkəranda qazandıqları qələbə rəqibin düzgün təhlil edib, buna uyğun öz oyunlarını qurmaları ilə bağlıdır: “Nəticə bizi qane etdi. “Xəzər-Lənkəran”la qarşıda kubok oyunumuz da var. Təbii ki, bu gün meydanda olan atmosfer də lənkəranlı azarkeşlərin ürəyincə olmadı. Hər şey qabaqdadır. Bu komandalar finalda Azərbaycan kubokunu qazanmaq üçün mübarizə aparacaq. Həm öz, “həm də “Xəzər-Lənkəran”a həmin görüşdə gözəl oyun, mübarizə, avrokuboklara gedən bütün komandalarımıza uğurlar arzulayıram”.

0
0