Allan Lalin: Mən “Xəzər-Lənkəran”da böyük iş görmüşəm - MÜSAHİBƏ
17.05.2010 - 13:46
“Xəzər-Lənkəran” klubunun honduraslı futbolçusu Allan Lalinin vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, gənc hücumçu milli komandaya çağırılmamağı və gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb.
- Honduras milli komandasının CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşacaq heyətinə çağırılmamağını necə qarşıladınız?
- Etiraf edim ki, baş məşqçimiz Reynaldo Ruedadan təklif alacağıma həmişə ümid edirdim. Amma ən əsası odur ki, həmişə xəyalında olduğun legioner həyatını yaşayıram. Dünya kubokunda oynamaq arzum da var idi.
- Karlos Kostlinin zədələnməsindən sonra heyətə cəlb olunmaq ümidiniz artmışdı?
- Futbolçuların xəyal etdiklərinə ümidləri heç vaxt tükənmir. Son anadək milliyə qayıtmaq ümidimi saxlayacağam. Kostlinin zədəsi isə komandamız üçün ciddi itkidir. Hamı əmin deyil ki, o, əməliyyatdan sonra mundiala qədər tam hazır ola bilsin.
- Yığmaya layiq olduğunuzu, lakin 23 futbolçu siyahısına daxil edilmədiyinizi düşünürsünüz?
- Çoxlarının fikirləşdiyinin əksinə olaraq, Azərbaycan çempionatı güclü birincilikdir. Çox dramatik sonluqla bitən çempionatda oynayırdım və bombardirlər arasında idim. Amma bilirəm ki, yığmamızda da yaxşı futbolçular var.
- Karyeranızı Azərbaycanda davam etdirəcəksiniz?
- Müqaviləm artırılması mümkün olmaq şərti ilə bir illik idi. Müddətin artırılması isə çıxışlarımdan asılı idi. Azərbaycanda oynamaq mənim üçün futbolçu kimi inkişaf etmək, yetişmək baxımından faydalıdır. İyunda müqaviləm bitsə də, orada qalacağıma ümid edirəm
- CAR-a səyahətə yollanıb komandamızı dəstəkləmək haqqında düşünmürsünüz ki?
- Dünya çempionatına getmirəmsə, deməli, istirahət edəcəyəm. Bunun üçün Hondurasa gəlmişəm.
- Azərbaycandakı oyununuzla digər futbolçularımızın ora yolunu açmağınız mümkündürmü?
- Mən “Xəzər-Lənkəran”da böyük iş görmüşəm, 9 qol vurmuşam. Bu Honduras futbolunun zəif olmamağının göstəricisidir. Məncə, bu həmyerlilərimiz qarşısında yol aça bilər.
Vüqar XEYRULLAYEV

0
0