Unibank Premyer Liqasının bəxtsiz gürcüləri
17.05.2010 - 14:28
Unibank Premyer Liqasının sonuncu turu daha bir avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, mövsümün son uğursuzu “Olimpik-Şüvəlan” – “Muğan” qarşılaşmasında öz qapısına yol tapıb.
Qonaqların müdafiəçisi Davit Svanidze salyanlıları məyus etməklə, çempionatın 9-cu avtoqolunu rəsmiləşdirib. Maraqlıdır ki, mövsümün ilk uğursuzu da “Muğan”ın oyununda qapıları səhv salmışdı. Lakin 276 gün əvvəlki avtoqolun müəllifi olan digər gürcü – Oleq Qlevesiani Svanidzedən fərqli, salyanlıların yox, öz komandasının qapısına qol vurmuşdu. Yəni, ilk avtoqola sevinən Salyan təmsilçisi son belə hadisəyə məyus olub.
Qeyd edək ki, 9 avtoqoldan 5-i “Olimpik-Şüvəlan”ın oyunlarına təsadüf edib. Gürcüstanlılar isə artıq üçüncü dəfə qapıları səhv salır.
Vüqar XEYRULLAYEV

1 | 14.08.2009 | Muğan | Standard | 1:0 | Oleq Qlevesiani | s |
2 | 23.08.2009 | Karvan | Olimpik-Şüvəlan | 2:3 | Usim Nduka | s |
7 | 17.10.2009 | Qəbələ | Olimpik-Şüvəlan | 2:1 | Alves Dos Santos | s |
12 | 28.11.2009 | Simurq | Qəbələ | 1:1 | Aleksandr Malıgin | e |
13 | 04.12.2009 | Olimpik-Şüvəlan | Karvan | 4:0 | Anar Həsənov | s |
14 | 10.12.2009 | Xəzər-Lənkəran | Olimpik-Şüvəlan | 2:1 | Abdulkader Kamara | s |
18 | 03.02.2010 | Karvan | Simurq | 3:2 | Aleksandr İntskirveli | s |
26 | 04.04.2010 | İnter | Bakı | 1:1 | Saşa Yunisoğlu | s |
32 | 16.05.2010 | Olimpik-Şüvəlan | Muğan | 0:2 | Davit Svanidze | s |
Vüqar XEYRULLAYEV
0
0