Fərid Quliyevin rekordu və unikal bombardirliyi
17.05.2010 - 14:40
Azərbaycan yığmasının futbolçusu Fərid Quliyev 18 ildir keçirilən milli çempionatımızda rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, Sumqayıtın “Standard” klubunun 24 yaşlı hücumçusu vurduğu 16 qolla bütün çempionatların ən gənc bombardiri olub. Unibank Premyer Liqasının son iki turunda 7 qol vuran (əvvəl poker, sonra het-trik) Fərdi bununla ən məhsuldar hücumçular yarışında liderliyi ələ keçirib. Bunadək bombardir olan futbolçularımız 25 yaşında olub. Bunlar artıq futbolçu karyerasını bitirən, son iki ildə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Neftçi” və “Turan”da oynayan Samir Ələkbərovla Samir Musayevdir. Hər üç hücumçu bombardirliyi indiki komandalarında qazanmayıb.
Fərid məhsuldarlığına görə ən az qol vuran sərrast oyunçular olsa da, digər göstəricilərdə də tarixə düşüb. Məsələ ondadır ki, Quliyev autsayder komandanın futbolçusu kimi bombardirlər yarışında qalib olub. Yəni, indiyə kimi belə şey olmamışdı ki, çempionatın bombardiri I diviziona düşən komandanın oyunçusu olsun. Maraqlıdır ki, Fərid cari çempionata qədər karyerasında heç bu qədər qol vurmamışdı. Hücumçunun hesabında mövsümə qədər cəmi 10 qol var idi. Bütün bunları unikal hal saymaq olar.
Qeyd edək ki, milli çempionatlarımızda 85 oyuna 26 qol vuran Quliyev yığmamızın heyətində bir dəfə rəqib qapısına yol tapıb. Hazırkı baş məşqçi Berti Foqtsun vaxtında milli komandamızda debüt edən Fərid Lüksemburq yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə (2:1) rəqib qapısına yol tapıb.
1992 – Nazim Əliyev (“Xəzər”) – 39 qol
1993 – Samir Ələkbərov (“Neftçi”) – 16
1993/94 – Musa Qurbanov (“Turan”) – 35
1994/95 – Nazim Əliyev (“Neftçi”) – 26
1995/96 – Rövşən Əhmədov, Fazil Pərvərov (hər ikisi “Kəpəz”) – 23
1996/97 – Qurban Qurbanov (“Neftçi”) – 34
1997/98 – Nazim Əliyev (“Dinamo”) – 23
1998/99 – Alay Bəhramov (“Viləş”) – 24
1999/00 – Badri Kvaratsxeliya (“Şəmkir”) – 16
2000/01 – Paşa Əliyev (“Dinamo-Bakılı”) – 13
2003/04 – Samir Musayev (“Qarabağ”) – 20
2004/05 – Zaur Ramazanov (“Karvan”) - 21
2005/06 – Yakuba Bamba (“Karvan”) – 16
2006/07 – Zaur Ramazanov (“Xəzər-Lənkəran”) – 20
2007/08 – Xaqani Məmmədov (”İnter”) – 19
2008/09 – Valter Quqlemon (“İnter”) – 17
2009/10 – Fərid Quliyev (“Standard”) – 16
Mehman SÜLEYMANOV

0
0