“Kuboku qazansaq, “Bakı”dan revanş almış olacağıq”
17.05.2010 - 23:01
“Bütün planlarımız çempionluqla bağlı idi. Ancaq son oyunda bu imkanı əldən verdik. Hələ şokdayıq. Oyunun təsirindən ayılmamışıq. Bütün ümidimizi kuboka bağlamışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun müdafiəçisi Ruslan Poladov deyib.
31 yaşlı futbolçu Unibank Premyer Liqasının sonuncu turunda “Bakı”ya məğlubiyyətdən (0:1) sonra komandanın istirahətə buraxıldığını, bu gündən etibarən məşqlərə başlayacağını bildirib. O, son oyunun analizinin də məhz bundan sonra aparılacağını açıqlayıb: “Sözün düzü, hələ “Bakı”ya məğlubiyyətin səbəbləri barədə danışmamışıq. Çünki oyundan sonra komanda 2 günlük istirahətə buraxıldı. Məşqləri bərpa etdikdən sonra bu haqda söhbət aparılacaq”.
Poladov kubok matçına həm də revanş oyunu kimi çıxacaqlarını istisna etməyib: “Prinsipiallıq var. Çempion ola bilmədik, heç olmasa, kuboku qazanmalı və mövsümü titulla qapamalıyıq. Biz kuboku qazansaq, rəqibdən həm də revanşı almış olacağıq”.
Cənub komandasındakı aqibətinə gəlincə, Poladov bu haqda danışmağın hələ tez olduğunu bildirib: “Mayın sonunda müqaviləm başa çatacaq. Komandada qalıb-qalmayacağım məlum deyil. Çünki transfer məsələləri kubokun finalından sonra həll ediləcək. Düzdür, başqa klublardan təklif almışam. Ancaq “Xəzər-Lənkəran” rəhbərliyi qalmağımı istəsə, məmnuniyyətlə yeni müqavilə imzalayaram. İndi bütün fikrimizi kubok oyununa yönəltmişik”.

0
0